Gürcüstanda çörək bahalaşacaq?
“Gürcüstan hökuməti pandemiya dövründə bir neçə düzgün addım atıb. Taxılın idxalı ilin bu vaxtı üçün təxminən 20-25% çox olub”.

Bu barədə kənd təsərrüfatı nazirinin müavini Qiorqi Xanişvili bildirib.

Nazir müavininin sözlərinə görə, hazırda Gürcüstanda taxılın kifayət qədər böyük ehtiyatı yaranıb: “Bu, təxminən 100-120 min tondur. Qiymətlər dəyişərsə, bu, bizə tələbatı balanslaşdırmağa imkan verəcək”.

Q. Xanişvili qeyd edib ki, vətəndaşlar rahat ola bilərlər: “Nə çörəklə təminatda, nə də onun qiymətində problem olacaq”.

Mənbə: NewsBureau
Print