SOCAR Gürcüstanda qazlaşdırmanı dayandırıb
SOCAR şirkəti Gürcüstanın yüksək dağlıq bölgələrinin qazlaşdırılması layihəsini dayandırıb.

Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Azərbaycan mətbuatına bildirib.

Onun sözlərin görə, buna səbəb koronavirus pandemiyasıdır: “Dağlıq ərazilərə qazın çəkilməsi ilə bağlı danışıqlar dondurulub. Danışıqlar potensial qaz istehlakçıları tərəfindən maraq olacağı təqdirdə bərpa olunacaq”.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google