Əməkhaqqının artdığı sektorlar
İnformasiya və kommunikasiya, təhsil, dövlət idarəçiliyi – bunlar cari ilin II rübündə ötən ilin analoji dövrü ilə müqayisədə işə götürülənlərin orta aylıq əməkhaqqının artdığı sektorların bir qismidir.

Ancaq qeyd edək ki, ümumiyyətlə Gürcüstanda işə götürülənlərin orta əməkhaqqı azalıb. Statistika Xidmətinin məlumatına görə, əgər 2019-cu ilin ikinci rübündə orta aylıq əməkhaqqı 1179 lari idisə, 2020-ci ilin analoji dövründə 1150 lari təşkil edib.

Əməkhaqqının artdığı sektorlar barədə məlumat veririk.

İşə götürülənlərin aylıq orta əməkhaqqı cari ilin ikinci rübündə ötən ilin analoji dövrü ilə müqayisədə artıb:
  • İnformasiya-kommunikasiya – işə götürülənlərin əməkhaqqı 126,4 lari artıb (2020-ci ilin II rübü – 1932,8 lari, 2019-cu ilin II rübü -1806,4 lari).
  • Kənd, meşə və balıq təsərrüfatı – 124,9 lari (2020-ci ilin II rübü – 807,5 lari, 2019-cu ilin II rübü – 682,6 lari)
  • Təhsil – 95,2 lari (2020-ci ilin II rübü – 730,9 lari, 2019-cu ilin II rübü- 635,7 lari)
  • Dövlət idarəçiliyi və müdafiə; məcburi sosial təhlükəsizlik – 75 lari (2020-ci ilin II rübü – 1445,9 lari, 2019-cu ilin II rübü- 1370,9 lari).
  • Elektrik enerjisi, təbii qaz, buxar və konsentrant havanın verilməsi – 71,6 lari (2020-ci ilin II rübü-1542,9 lari, 2019-cu ilin II rübü – 1471,3 lari).

Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google