5 oktyabr tarixindən mikro qrantlar proqramı yeni şərtlərlə bərpa olunacaq
5 oktyabr tarixindən kiçik sahibkarlara dəstək proqramı “Gürcüstanda istehsal et” genişləndilir. Bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria hökumət iclasında məlumat verib.

Baş nazirin bildirdiyinə görə, proqramın büdcəsi 41 milyon lariyə qədər artır.

“Biz iyun ayında böhrana qarşı tədbirlərin komponentlərindən birinin, mikro qrantlar proqramının anonsunu verdik ki, bu da “Gürcüstanda istehsal et” layihəsinin komponentlərindən biridir və olduqca məşhur və son illər ərzində olduqca səmərəli idi. Xüsusən qeyd etmək istəyirəm ki, bu proqramdan Gürcüstanın 9400 vətəndaşı yararlanıb. Biz bu proqramın büdcəsini 41 milyona kimi artırdıq və eləcə də birdəfəlik maliyyələşdirmə həcmini də genişləndirdik. Bu 20 000 lari idi və 30 000 lari olacaq”, – Qiorqi Qaxaria bildirib.

Hökumət başçısının sözlərinə görə, bugünkü böhran şəraitində dövlət dəstəyi daha da vacib olacaq.

“Bu vacibdir, çünki bu bizim vətəndaşlara qrant şəklində yardımdır. Onlar ilk addımları ata bilərlər, öz işlərinə və biznesə başlaya bilərlər. Bu dövlətin dəstəyidir və bu gün iqtisadi böhran şəraitində bu daha da vacib olur. Mən istəyirəm hər bir vətəndaşımıza deyim ki, bu proqramlarla bağlı onlar ictimai mərkəzlərdə, yaxud Ədliyyə Evlərində, öz şəhərlərində və regionlarında məlumat alacaqlar. Hamı yekdilliklə bu təşəbbüsə dəstək olmalıyıq ki, biznesdə ilk addımlarını atsınlar. Bu proqram üçün müraciətlər 5 oktyabrdan qəbul olunacaq”, – Qiorqi Qaxaria bildirib.

Mənbə: BM
Print Email
FaceBook Twitter Google