Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 1 mlrd 120 mln
220,67 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məlumat
yayıb.
Məlumata görə, ötən ay ixrac edilən təbii qazın ümumi dəyəri 100
mln 026,39 min ABŞ dolları təşkil edib.
Bu həcmlərin 1 mlrd 007 mln 604,85 min kubmetri Türkiyəyə, 112 mln
615,82 min kubmetri isə Gürcüstana ixrac edilib.
Türkiyəyə yanvar ayında ixrac edilən təbii qazın ümumi dəyəri 87
mln 629,87 min ABŞ dolları, Gürcüstana isə 12 mln 396,52 min ABŞ
dolları təşkil edib.
Mənbə: report.az