Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 90,3% azalıb
Ötən ay Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin sayı illik müqayisədə 73,4% azalıb.

Bu barədə Gürcüstan Milli Bankının mart ayı üzrə hesabatında bildirilib.

Ziyarətçilərin 91,7%-ni turistlər təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 64,4% azdır.

Sənəddə qeyd olunub ki, illik müqayisədə qonşu ölkələrdən Gürcüstana səfər edənlərin sayında da azalma qeydə alınıb. Qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayı 90,3% azalıb. Ermənistandan səfərlərin sayı 82,8%, Rusiyadan isə 85,7% az olub.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google