Azərbaycan Gürcüstandan yumurta idxalını 70 %-ə yaxın artırıb
Bu ilin I rübündə Gürcüstandan Azərbaycana 273,9 min ABŞ dolları dəyərində yumurta ixrac olunub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 69,3 % çoxdur. Hesabat dövründə Gürcüstandan bu qida məhsulunun yeganə idxalçısı Azərbaycan olub.

Yanvar-martda Gürcüstanın yumurta idxalı illik müqayisədə 95,1 % azalaraq dəyəri 53,6 min ABŞ dolları təşkil edib. Ölkənin əsas yumurta tədarükçüləri Türkiyə, Çexiya, Fransa və Macarıstan olub.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google