Gürcüstan Azərbaycandan təbii qaz idxalını azaldıb
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 107,6 milyon ABŞ dolları dəyərində 740,1 min kubmetr təbii qaz tədarük edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, ötən ilin eyni dövrünə nisbətdə həcm 21 % azalıb.

İlin I yarısında qonşu ölkə Azərbaycandan 48,5 milyon ABŞ dollarlıq 96,6 min ton neft və neft yağları idxal edib. İllik müqayisədə məhsulun həcmi 8 % artıb.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google