Bu ilin ilk yarısında Azərbaycan Gürcüstandan 5,355 milyon ABŞ
dolları dəyərində 2 446 ton diri iribuynuzlu mal-qara idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Ötən ilin eyni dövrünə nisbətdə
məhsulun həcmi 2,3 dəfə artıb.
Yanvar-iyunda Azərbaycan qonşu ölkədən ümumi dəyəri 1,103 milyon
ABŞ dolları olan 384,9 ton diri qoyun və keçi də tədarük edib.
Mənbə: report.az