Azərbaycan Gürcüstandan dərman idxalını 11% azaldıb
Bu ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 8 milyon ABŞ dolları dəyərində 226 ton medikament ixrac olunub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə məhsulun həcmində 27 ton və yaxud 10,5% azalma qeydə alınıb.

Mənbə: report.az
Print