Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 2,3 milyon
ABŞ dolları dəyərində 375,4 ton çay idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
İllik müqayisədə məhsulun həcmində 7,4 ton və yaxud 1,9% azalma
qeydə alınıb.
İlin I yarısında Azərbaycan Gürcüstndan 1 milyon ABŞ dolları
dəyərində 148 ton çay tədarük edib ki, bu da ötən ilin eyni
göstəricisindən 12,4% çoxdur.
Mənbə: report.az