Gürcüstan Azərbaycandan çay tədarükünü azaldıb
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 2,3 milyon ABŞ dolları dəyərində 375,4 ton çay idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə məhsulun həcmində 7,4 ton və yaxud 1,9% azalma qeydə alınıb.

İlin I yarısında Azərbaycan Gürcüstndan 1 milyon ABŞ dolları dəyərində 148 ton çay tədarük edib ki, bu da ötən ilin eyni göstəricisindən 12,4% çoxdur.

Mənbə: report.az
Print