Cari ilin birinci yarısında Gürcüstan ilə Azərbaycan arasında
ticarət dövriyyəsi 493,25 milyon dollar təşkil edib. Bu da, 2020-ci
ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Hesabat dövründə Gürcüstanın xarici ticarətində Azərbaycanın payı
7,9 faiz olub. Bildirilir ki, bu göstərici ilə Azərbaycanın
Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Türkiyə, Rusiya
və Çindən sonra dördüncü yerdədir.
İlin birinci yarısında Gürcüstandan Azərbaycana 244,3 milyon
dollarlıq məhsul ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 20,1 faiz çoxdur.
Gürcüstan ötən dövr ərzində Azərbaycandan 248,8 milyon dollarlıq
məhsul idxal edib. Bu, müvafiq olaraq 2020-ci ilin eyni
dövründəkindən 6,7 faiz azdır.
Mənbə: azertac.az