Azərbaycan 8 ay ərzində Gürcüstana nə qədər qaz ixrac edib – AÇIQLAMA
2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan 13,241 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz çoxdur.

Bu barədə məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.

Hesabata əsasən, yanvar-avqust aylarında ixrac olunan təbii qazın ümumi məbləği 2,35 milyard dollara yaxın olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz

Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qazın 55,2 faizi (7,309 milyard kubmetr) Türkiyəyə, 23 faizi (3,047 milyard kubmetr) İtaliyaya, 16,3 faizi (2,158 milyard kubmetr) Gürcüstana, 5,5 faizi (727,4 milyon kubmetr) Macarıstan, Bolqarıstan və İrana nəql olunub.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.

Mənbə: trend.az
Print Email
FaceBook Twitter Google