Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava
Türkiyəyə işgüzar səfər edib.
O, Türkiyədə keçiriləcək XII Beynəlxalaq Nəqliyyat və
Kommunikasiyalar Forumunda iştirak edəcək.
İstanbulda baş tutacaq tədbirə 16 ölkənin yüksək səviyyəli
nümayəndə heyətləri qatılacaq. Forumu Türkiyənin nəqliyyat və
infrastruktur naziri Adil Karaismayıloğlu açacaq.
Beynəxalq tədbirdə nəqliyyat, logistika və kommunikasiyalar
sahəsində regional əməkdaşlıq müzakirə olunacaq. Əsas diqqət
COVID-19 pandemiyası nəticəsində yaranmış nəqliyyatın müxtəlif
sektorlarında qarşılıqlı əlaqələrin yeni sxemlərinin fasiləsiz
fəaliyyətinə yönəldiləcək.
N.Turnava forumda çıxış edəcək, cari milli və regional
nəqliyyat-logistika layihələrinin rəqəmsallaşdırılmasının
əhəmiyyəti və gələcəkdə Gürcüstanda həyata keçiriləcək
infrastruktur layihələr barədə danışacaq.
Forum çərçivəsində nümayəndə heyətlərinin iştirakı ilə nəqliyyat
marşrutları və əhəmiyyətli regional layihələrin müzakirə ediləcəyi
dəyirmi masa da təşkil olunacaq.
Gürcü nazir Türkiyəyə səfəri çərçivəsində digər ölkələrin nəqliyyat
nazirləri ilə ikitərəfli görüşlər keçirəcək, həmçinin Azərbaycan,
Türkiyə və Qazaxıstan nümayəndə heyətləri ilə birgə Transxəzər
Marşrutu üzrə nazirlərin rüblük konfransında iştirak edəcək.
Toplantıda orta nəqliyyat dəhlizinin populyarlaşdırılması və
rəqabət qabiliyyətinin artırılması məsələləri müzakirə
olunacaq.
Mənbə: report.az