Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun potensialının tam
istifadəsinin qarşısında dayanan maneələr birgə səylərlə aradan
qaldırılacaq.
Bu barədə ötən həftə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurası
çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış
Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair
üçtərəfli protokolunda bildirilir.
Qeyd olunur ki, dəmiryol xəttinin mövcud potensialına nail olması
üçün zəruri addımlar atılacaq, prosedurlar sadələşdiriləcək və
daşıma əməliyyatları ilə bağlı məsələlər tənzimlənəcək. Bütün bu
addımlar BTQ ilə yük daşımalarının artmasına gətirib çıxaracaq.
Protokolin imzalanmasında verdiyi açıqlamada Türkiyənin nəqliyyat
və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, bu marşrut
daşımaların artması təqdirində digər dəhlizlərlə rəqabət
səviyyəsinə çatacaq.
Mənbə: trend.az