"Ərzaq Bankı" nə vaxt yaradılacaq
Restoranlar, supermarketlər və mehmanxanalar arzu etdikləri teqdirdə son istifadə müddəti başa çatmaq üzrə olan ərzaqları 2022-ci ildən xeyriyyəçilik üçün, istifadə edəcək.

Aqrar məsələlər komitəsi müvafiq qanunvericiliyin tənzimlənməsi və sistemin sadələşdirilməsi üzərində işləyir və noyabr ayında parlamentə təqdim edisləcəyi gözlənilir. Eyni zamanda, qida məhsullarının təhlükəsizliyinin maksimum dərəcədə artırılması məqsədilə, həmçinin, hansı qida məhsullarının belə bir dövrədə iştirak üçün maksimal dərəcədə təhlükəsiz olmasını təmin edən qanunvericilik aktları da hazırlanacaq.

1: Layijənin üç tərəfi olacaq. Restoranlar, supermarketlər və mehmanxanalar, 2. Xeyriyyə təşkilatları və 3. Dövlət.

Əldə olunan məlumat görə xeyriyyəni qəbul edən tərəfin və xeyriyyə təşkilatının qeydiyyatdan keçə biləcəyi bir sistem təsis ediləcək. Sistemə lokasiya prinsipi əsasında müvafiq istifadəçi əlavə olunacaq.

Sistemə əsasən fiziki şəxslər xeyriyyəni son qəbul edən tərəf ola bilməz. Lakin bu cür ərzaqların alıcısı bələdiyyə yeməkxanaları ola bilər.

Print Email
FaceBook Twitter Google