Restoranlar, supermarketlər və mehmanxanalar arzu etdikləri
teqdirdə son istifadə müddəti başa çatmaq üzrə olan ərzaqları
2022-ci ildən xeyriyyəçilik üçün, istifadə edəcək.
Aqrar məsələlər komitəsi müvafiq qanunvericiliyin tənzimlənməsi və
sistemin sadələşdirilməsi üzərində işləyir və noyabr ayında
parlamentə təqdim edisləcəyi gözlənilir. Eyni zamanda, qida
məhsullarının təhlükəsizliyinin maksimum dərəcədə artırılması
məqsədilə, həmçinin, hansı qida məhsullarının belə bir dövrədə
iştirak üçün maksimal dərəcədə təhlükəsiz olmasını təmin edən
qanunvericilik aktları da hazırlanacaq.
1: Layijənin üç tərəfi olacaq. Restoranlar, supermarketlər və
mehmanxanalar, 2. Xeyriyyə təşkilatları və 3. Dövlət.
Əldə olunan məlumat görə xeyriyyəni qəbul edən tərəfin və xeyriyyə
təşkilatının qeydiyyatdan keçə biləcəyi bir sistem təsis ediləcək.
Sistemə lokasiya prinsipi əsasında müvafiq istifadəçi əlavə
olunacaq.
Sistemə əsasən fiziki şəxslər xeyriyyəni son qəbul edən tərəf ola
bilməz. Lakin bu cür ərzaqların alıcısı bələdiyyə yeməkxanaları ola
bilər.