2021-ci ilin sentyabr ayında əvvəlki ayla müqayisədə yaşayış
minimumu 4.8 lari azalıb.
Milli Statistika İdarəsinin məlumatına görə, keçən ay əmək
qabiliyyətli kişilər üçün yaşayış minimumu 216,3 lari, 2021-ci ilin
avqustunda isə 221,1 lari olub.
2020-ci ilin eyni dövrü ilə müqayisədə, iyul ayında əmək
qabiliyyətli kişilərin yaşayış minimumu 37,1 lari artıb. Ötən ilin
sentyabr ayında yaşayış minimumu 184 lari təşkil edib.
Eyni zamanda, qurumdan verilən məlumata görə, sentyabr ayında
avqust ayı ilə müqayisədə orta istehlakçının yaşayış minimumu 4,2
lari azalaraq 195,8 lari əvəzinə 191,6 lari təşkil edib.
2020-ci ilin eyni dövründə isə keçən ilin sentyabr ayında orta
istehlakçının yaşayış minimumu 162,9 lari idi.