Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında dördüncü yerdədir
Cari ilin yanvar-aprel ayları ərzində Gürcüstanın Azərbaycan ilə ticarət dövriyyəsi 445,4 milyon ABŞ dolları olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 faiz çoxdur.

Bu barədə Gürcüstan Milli Statistika Xidmətindən bildirilib. Qeyd olunur ki, Azərbaycan bu göstərici ilə Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında 4-cü yerdədir.

Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Türkiyə 766,3 milyon dollarla birinci, Çin 614,7 milyon dollarla ikinci, Rusiya isə 559,7 milyon dollarla üçüncü yerdədir.

Qeyd edək ki, hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 33,4 faiz artaraq 5,3 milyard ABŞ dollarına çatıb.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google