Bu ilin 4 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə
Gürcüstandan kartof ixracı 2,7 dəfə artıb.
Milli Statistika İdarəsinin məlumatına görə, 2022-ci ilin
yanvar-aprel aylarında Gürcüstandan 15 291 ton (2,941 milyon
dollar), 2021-ci ilin ilk dörd ayında isə 5517 ton (1,388 milyon
dollar) məhsul gedib.
“Business Press News” 2022-ci ilin yanvar-aprel aylarında
Gürcüstandan kartofun getdiyi ölkələrin siyahısı ilə maraqlanıb.
Siyahı aşağıdakı kimidir:
- Azərbaycan - 10 973 ton (1 337 milyon
dollar)
- Rusiya - 3567 ton (1,477 milyon dollar)
- Ukrayna - 369 ton (39,1 min ABŞ dolları)
- Moldova - 185 ton (18,5 min ABŞ dolları)
- Ermənistan - 151 ton (55,5 min ABŞ
dolları)
- Estoniya - 44 ton (13,2 min ABŞ dolları)
Statistikaya görə, Rusiya 3,5 ton məhsula görə Azərbaycandan 10,9
ton daha çox pul ödəyib.