2022-ci ilin yanvar-aprel aylarında Gürcüstana ümumi dəyəri 1 973
540 ABŞ dolları olan 6 006 ton təzə və dondurulmuş xiyar və
kornişon idxal edilib.
Ötən ilin eyni dövründə idxal 5 084 ton təşkil edib ki, bu da dəyər
ifadəsində 1 546 260 ABŞ dollarıdır.
Bu ilin yanvar-aprel aylarında ölkəyə 2 ölkədən xiyar gətirilib.
Hesabat dövründə əsas idxalçı Türkiyə olub ki, oradan 1 475 950
dollar dəyərində 4 469 ton məhsul idxal edilib. İkinci ən böyük
idxalçı İrandır, idxalı 1536 ton, dəyəri 497 590 dollardır.
İxraca gəlincə, bu ilin yanvar-aprel aylarında ölkədən 226 min 80
dollar dəyərində 196 ton xiyar ixrac edilib. İxrac Rusiya (175 730
dollar, 135 ton) və Ermənistana (50 340 dollar, 60 ton) həyata
keçirilib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, ixrac ilbəil azalır. O
cümlədən, 2021-ci ilin yanvar-aprel aylarında xiyar ixracı 283 ton
təşkil edib ki, bu da 319 230 ABŞ dolları dəyərindədir. Əsas
ixracatçı ölkə Rusiya (315 320 ABŞ dolları, 278 ton) olub. Bununla
belə, az miqdarda məhsul Ukrayna, Ermənistan, Sinqapur və Honq
Konqa aparılıb.