Gürcüstanın xiyar satdığı və aldığı ölkələr
2022-ci ilin yanvar-aprel aylarında Gürcüstana ümumi dəyəri 1 973 540 ABŞ dolları olan 6 006 ton təzə və dondurulmuş xiyar və kornişon idxal edilib. Ötən ilin eyni dövründə idxal 5 084 ton təşkil edib ki, bu da dəyər ifadəsində 1 546 260 ABŞ dollarıdır.

Bu ilin yanvar-aprel aylarında ölkəyə 2 ölkədən xiyar gətirilib. Hesabat dövründə əsas idxalçı Türkiyə olub ki, oradan 1 475 950 dollar dəyərində 4 469 ton məhsul idxal edilib. İkinci ən böyük idxalçı İrandır, idxalı 1536 ton, dəyəri 497 590 dollardır.

İxraca gəlincə, bu ilin yanvar-aprel aylarında ölkədən 226 min 80 dollar dəyərində 196 ton xiyar ixrac edilib. İxrac Rusiya (175 730 dollar, 135 ton) və Ermənistana (50 340 dollar, 60 ton) həyata keçirilib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, ixrac ilbəil azalır. O cümlədən, 2021-ci ilin yanvar-aprel aylarında xiyar ixracı 283 ton təşkil edib ki, bu da 319 230 ABŞ dolları dəyərindədir. Əsas ixracatçı ölkə Rusiya (315 320 ABŞ dolları, 278 ton) olub. Bununla belə, az miqdarda məhsul Ukrayna, Ermənistan, Sinqapur və Honq Konqa aparılıb.

Mənbə: BPN
Print