Avropanın və Ukraynanın ən böyük duz istehsalçısı “Artyomsol”
şirkəti fəaliyyətini dayandırıb.
Müəssisənin direktoru Viktor Yuri bildirib ki, "Artemsol"un işi
qeyri-müəyyən müddətə dayandırılıb:
“Buna səbəb xeyli
insanın təxliyə edilməsi, şirkətin kifayət qədər işçi qüvvəsinin
olmamasıdır. Bundan başqa, dəmir yolu fəaliyyət göstərmədiyi üçün
zavod məhsullarını daşıya bilmir. Nəticədə, yaxın gələcəkdə Ukrayna
başqa ölkələrdən duz almalı olacaq. Duz qıtlığını şirkətin xarici
müştəriləri də hiss edəcək. Çatışmazlığı ilk hiss edənlər Polşa,
Rumıniya, Macarıstan, Gürcüstan, Moldova və Azərbaycan
olacaq".