Azərbaycandan beynəlxalq bazarlara 3 ayda 5 milyard m3 qaz keçib - BP
Birinci rübdə Azərbaycandan Gürcüstan vasitəsilə beynəlxalq bazarlara 5 milyard kubmetrdən çox qaz çıxarılıb. BP neft şirkəti rüblük hesabatında yazıb ki, kəmərə gündəlik yüklənmə orta hesabla sutkada 56,2 milyon kubmetr təşkil edib.

Yanvar-mart aylarında boru kəmərinin istismar xərcləri təxminən 14 milyon dollar təşkil edib, əsas dəyəri 300 min dollar təşkil edib.

2021-ci ildə bu kəmərlə 17,7 milyard kubmetr Azərbaycan qazı nəql olunub.

CQBK 2006-cı ildə istismara verilib və Şahdəniz qazını Azərbaycan, Gürcüstan və Türkiyəyə tədarük edir. Boru kəmərinin genişləndirilməsi layihəsindən Türkiyəyə kommersiya qazının tədarükü 2018-ci ilin iyununda başlayıb. Avropa üçün isə 2020-ci ilin dekabrında.
Məlumat üçün qeyd edək ki, SCP Co-nun səhmdarları bunlardır: BP (29,9%), LUKOIL (19,9%), TPAO (19,0%), AzSCP (14,35%), NICO (10,0%) və SGC Midstream (6,67%).

Mənbə: BM
Print Email
FaceBook Twitter Google