“Gürcüstan Dəmir Yolları” SC-nin törəmə şirkəti - “GR Logistics”
ölkə limanlarından Avropaya fider gəmisi ilə konteyner daşımaları
həyata keçirəcək.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə,daşınmalar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC
(ASCO), "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus “ADY
Konteyner” MMC və Qazaxıstanın “KTZ Express” şirkəti və ilə birgə
reallaşdırılacaq.
İlk fider gəmisi Poti limanından TEU tipli 146 ədəd konteyneri
Rumıniyanın Konstansa limanına çatdıracaq. Limanda yüklənmədən
sonra gəmi Almaniya və Macarıstana, daha sonra isə Avropanın digər
şəhərlərinə də göndəriləcək.
SC-dən bildirilib ki, Qara dəniz limanları arasında fider xəttinin
işə salınması Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə
yükdaşımaların artmasına kömək edəcək. Konteyner daşımalarının
istiqamətləri Avropa-Çin-Avropa və Avropa-Mərkəzi
Asiya-Avropadır.
Fider gəmisi Poti/Batumi və Konstansa limanları arasında müntəzəm
daşınmalar həyata keçirəcək. 210 TEU konteyner tutumlu gəmi ayda 3
dəfə yola çıxacaq. Layihəni Transqafqaz Beynəlxalq Nəqliyyat
Marşrutu Konsorsiumuna daxil olan Avropanın “Grampet” (Rumıniya)
şirkəti dəstəkləyir. “Rail Cargo” və “Metrans” şirkətləri də
konteyner daşımalarında iştirak edirlər.