Standartlaşdırılmış qablaşdırma ilə tütün məmulatlarının satışı 2024-cü il dekabrın 31-dən həyata keçiriləcək
Tütün məmulatlarının standartlaşdırılmış qablaşdırma ilə satışı ilə bağlı normalar 2024-cü il dekabrın 31-dən qüvvəyə minəcək.

Parlament 66 səslə birinci oxunuşda “Tütünlə mübarizə haqqında” qanuna dəyişikliyi qəbul edib.

Təşəbbüskarlardan biri Davit Sonqulaşvilinin sözlərinə görə, qanun layihəsi standartlaşdırılmış qablaşdırma ilə tütün məmulatlarının satışı və yerləşdirilməsi ilə bağlı normaların icra müddətinin, habelə hökumət tərəfindən normativ aktların hazırlanması müddətinin dəyişdirilməsini nəzərdə tutur.

"Sözügedən normalar 2022-ci il dekabrın 31-dən deyil, 2024-cü il dekabrın 31-dən qüvvəyə minəcək", - Davit Sonqulaşvili bildirib.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google