Tütün məmulatlarının standartlaşdırılmış qablaşdırma ilə satışı ilə
bağlı normalar 2024-cü il dekabrın 31-dən qüvvəyə minəcək.
Parlament 66 səslə birinci oxunuşda “Tütünlə mübarizə haqqında”
qanuna dəyişikliyi qəbul edib.
Təşəbbüskarlardan biri Davit Sonqulaşvilinin sözlərinə görə, qanun
layihəsi standartlaşdırılmış qablaşdırma ilə tütün məmulatlarının
satışı və yerləşdirilməsi ilə bağlı normaların icra müddətinin,
habelə hökumət tərəfindən normativ aktların hazırlanması müddətinin
dəyişdirilməsini nəzərdə tutur.
"Sözügedən normalar 2022-ci il dekabrın 31-dən deyil,
2024-cü il dekabrın 31-dən qüvvəyə minəcək", - Davit
Sonqulaşvili bildirib.
Mənbə: tv4.ge