“Birinci dəfə 2000, təkrar etdiyiniz halda isə 2500 lari cərimələnəcəksiniz”
Cinayət Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cəza artırılıb.

O cümlədən, daxili işlər nazirinin müəyyən etdiyi qaydanı pozmaqla, yaxud operativ və ya xüsusi xidmət avtomobilləri üçün nəzərdə tutulmuş rəngdən istifadə etməklə nəqliyyat vasitəsinə xüsusi sayrışan siqnalın və ya səs siqnalının, habelə xüsusi ucadan danışan qurğunun quraşdırılması 2000 lari cərimə ilə nəticələnir və bu hərəkətin təkrarlanmasına görə 2500 lari məbləğində cərimə tətbiq edilir.

Xatırladırıq ki, Parlament “İnzibati Xətalar Məcəlləsi”nə və “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərlə bağlı yol hərəkəti təhlükəsizliyi məsələlərinə aid olan qanun layihələrini üçüncü oxunuşda 77 səslə qəbul edib.

Print Email
FaceBook Twitter Google