Yanvar-fevral aylarında ixrac 20,3%, idxal isə 9% artıb
2023-cü ilin yanvar-fevral aylarında Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 2 898,1 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 12,3 faiz çoxdur. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Onların hesabatlarına görə, bunun 914,7 milyon ABŞ dollarını ixrac (artım 20,3 faiz), idxal isə 1 983,3 milyon ABŞ dolları (artım 9,0 faiz) təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında mənfi ticarət saldosu 1 068,6 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 36,9 faizini təşkil edir.

Mənbə: BPN
Print