Gürcüstanda əcnəbilərin aldığı torpaq sahələrinin 48,5 faizi ruslara məxsusdur
Ötən ilin 6 ayı ərzində - aprelin 20-dən oktyabrın 20-dək olan dövrdə Gürcüstanda 1720 xarici ölkə vətəndaşı 1956 kənd təsərrüfatına aid olmayan torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alıb ki, onlardan 950-si ən çox 874 Rusiya vətəndaşına məxsus olub.

Digər ölkə vətəndaşlarına gəlincə, Ədliyyə Nazirliyindən “İnterpress News”a açıqlanan sorğu əsasında verilən məlumata görə, qeyd olunan dövr ərzində 73 Almaniya vətəndaşı Gürcüstanda 84 torpaq sahəsi qeydiyyata alıb; 63 Azərbaycan vətəndaşı 57; 69 Ermənistan vətəndaşı 88; 47 Səudiyyə Ərəbistanı vətəndaşı 66; 66 İsrail vətəndaşı 65; 61 İran vətəndaşı 67; 34 Misir vətəndaşı 72; 44 ABŞ vətəndaşı 58; 46 Ukrayna vətəndaşı 54; 42 Yunanıstan vətəndaşı 47; 27 Qazaxıstan vətəndaşı 24; 16 Küveyt vətəndaşı 17; 16 Kanada vətəndaşı 20.

Sahibkarların vətəndaşlığına görə qalan məlumatlar (torpaq sahələrinin sayı mötərizədə göstərilir) aşağıdakı kimidir:

Avstraliya 1 (3); Avstriya 6(8); Ascension Island 1(1); Amerika Samoası 1(1); Birləşmiş Ərəb Əmirlikləri 13(25); Aruba 6(8); Bəhreyn 1(1); Belarus 13(21); Belçika 6(7); Qabon 1(1); Birləşmiş Krallıq 7(7); Qana 23(23); Cəbəllütariq 3(3); Qrenada 1(4); Danimarka 1(1); Dominika 3(3); Efiopiya 1(1); İraq 6(14); İspaniya 3(3); Türkiyə 27(24); Türkmənistan 1(1); Yəmən 6(6); Hindistan 5(5); İordaniya 4(8); İrlandiya 4(6); İtaliya 1(1); Qətər 6(7); Kipr 3(4); Latviya 4(4); Livan 11(10); Liviya 1(1); Litva 6(6); Vətəndaşlığı olmayan şəxs 1(1); Hollandiya 7(11); Norveç 2(2); Oman 3(5); Pakistan 3(3); Fələstin Dövləti 2(2); Polşa 3(2); Cənubi Afrika Respublikası 3(3); Cənubi Koreya 1(1); Fransa 7(8); Suriya 6(8); Sudan 3(6); Özbəkistan 6(6); Macarıstan 1(1); Finlandiya 2(2); Qırğızıstan 1(1); İsveç 2(2); İsveçrə 3(4); Çexiya 1(1); Çin 8(9); Şimali Koreya 1(1)

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google