Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir.
çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə
məhdudlaşır.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın
13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə
görüşdə bildirib.
“Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə
maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki
ölkədə - Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son
həddədir”, - deyən dövlət başçısı vurğulayıb.
O, qeyd edib ki, buna görə ötürmə qabiliyyətinin artırılması üçün
həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır.
Mənbə: report.az