İvanişvilinin sərvəti bir ildə 1,12 milyard dollar artıb - Bloobmerg
Bidzina İvanişvilinin əmlakı rekord səviyyədədir. Bloomberg Billionaires Index-in məlumatına görə, hazırda gürcü milyarderin əmlakı 6,92 milyard dollar təşkil edir.
Bu göstərici ilə o, 374-cü yerdədir.

Bir il əvvəl İvanişvilinin vəziyyətinin maksimumu 5,8 milyard idi.

Bloomberg yazıb ki, İvanişvili 1990-cı illərdə Rusiyada sərvətini müxtəlif bizneslər, o cümlədən dəmir filizi istehsalçıları, polad zavodları, banklar və daşınmaz əmlak kolleksiyası qurmaq vasitəsilə qazanıb.

O, aktivlərinin çoxunu 2003-2006-cı illərdə, qalanını isə 2012-ci ilin oktyabrında Gürcüstanın baş naziri seçilməzdən əvvəl satıb. O, 2013-cü ildə vəzifəsini tərk edib.

Məlumat üçün bildirək ki, Bloomberg Billionaires Index 2013-cü ildən Bidzina İvanişvilinin əmlakını qiymətləndirir.

Forbes reytinqinə gəlincə, burada onun əmlakı yenidən 4,9 milyard dollar qiymətləndirilir.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google