Gürcüstan bir ayda 1,972 milyon ABŞ dolları dəyərində ətir alıb - idxalçı ölkələr hansılardır
Gürcüstanda ətir idxalı 11,4 milyon ABŞ dolları artıb. Milli Statistika Xidmətinin məlumatına görə, ötən il ölkəyə 37,493 milyon ABŞ dolları dəyərində ətir və tualet suyu idxal edilibsə, əvvəlki ildə bu rəqəm 26,077 milyon dollar olub.

Builki göstəriciyə gəlincə, statistik məlumatlara görə, 2024-cü ilin yanvarında Gürcüstan 1,972 milyon ABŞ dolları dəyərində ətir alıb.

İdxal edən ölkələr arasında bu il ümumi idxalın 19,2%-i ilə Fransa lider, 19,1%-lə İtaliya ikinci və 16,8%-lə İspaniya üçüncü yerdədir.

Bu il ən çox ətir idxal edilən ilk 5 ölkənin siyahısını təqdim edirik:
  • Fransa - 378,5 min ABŞ dolları
  • İtaliya - 377,5 min ABŞ dolları
  • İspaniya - 332,1 min ABŞ dolları
  • Belçika - 234 min ABŞ dolları
  • Polşa - 230 min ABŞ dolları
İllik məlumatlara gəlincə, 2023-cü ildə lider idxalçı yenə Fransa, ardından Belçika və İspaniya olub.

Daha dəqiq desək:
  • Fransa - 9,883 milyon ABŞ dolları
  • Belçika - 3,795 milyon ABŞ dolları
  • İspaniya - 3,496 milyon ABŞ dolları
  • Polşa - 3,095 milyon ABŞ dolları
  • İtaliya - 3 003 milyon ABŞ dolları
Mənbə: BPN
Print Email
FaceBook Twitter Google