2023-cü ildə Azərbaycan Gürcüstana 53,6 milyon ABŞ dolları
investisiya yatırıb ki, bu da 2022-ci ilə nisbətən 31,5 dəfə
çoxdur.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, ötən il Gürcüstana yatırılan ümumi xarici
investisiyalarda Azərbaycanın payı 3,4 % təşkil edib.
Hesabat dövründə Gürcüstana 1 milyard 594,7 milyon ABŞ dolları
xarici birbaşa investisiya yatırılıb ki, bu da illik müqayisədə 24
% azdır.
Ötən il Gürcüstanın əsas xarici investoru Böyük Britaniya (392
milyon ABŞ dolları; 10,3 % az) olub. Onu ABŞ (153,5 milyon ABŞ
dolları; 13 % az), Rusiya (87,6 milyon ABŞ dolları; 19 % az) və
Malta (80 milyon ABŞ dolları; 2,1 dəfə çox) izləyib.
Təkcə öən ilin IV rübündə Azərbaycanın qonşu ölkəyə investisiya
qoyuluşu əvvəlki ilin eyni dövrünə nisbətən 8,5 dəfə artaraq 35,6
milyon ABŞ dollarına çatıb. Bu da qonşu ölkəyə rüblük xarici
investisiya qoyuluşunun 17,2 %-i qədər olub.