Gürcüstana müalicə və sağlamlıq məqsədi ilə gələn turistlərin
sayı rekord həddə qədər azalıb.
2022-ci illə müqayisədə 2023-cü ildə bir qədər artsa da,
pandemiyadan əvvəlki göstəricidən demək olar ki, 5 dəfə
aşağıdır.
Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ildə bu
məqsədlə ölkəyə 28,8 min, 2022-ci ildə 21,6 min, 2019-cu ildə isə
135,6 min (qeyd: pandemiya dövründə, ikinci
2020-ci ilin rübündən
2021-ci ilin sonuna qədər statistika hazırlanmayıb).
Əvvəlki illərin göstəricilərinə gəlincə, 2018-ci ildə
müalicə-sağlamlıq prosedurları üçün 196,8 min, 1017-ci ildə 175,2
min, 2016-cı ildə 205,2 min, 2015-ci ildə 224,4 min və s. insan
gəlib. Bu, qeyd olunan göstəricilərdən də görmək olar ki, son 2
ildə azalma rekord göstəricidir.
Məlumat üçün bildirək ki, 2023-cü ildə əcnəbilər tərəfindən
Gürcüstana ümumilikdə 6,2 milyon səfər edilib ki, bunun da 0,5
faizi müalicə və sağlamlıq məqsədi ilə gələn əcnəbilərin payına
düşüb.