Gürcüstan qızılının ixrac qiyməti artıb - biz onu hara satırıq?
Dünyada qızılın qiyməti rekord səviyyədədir. İlin əvvəlindən indiyədək qızılın qiyməti təxminən 300 dollar bahalaşaraq 2300 dollara yaxınlaşıb. Üstəlik, bu həftə qiymətli metalın bir kiloqramının qiyməti hətta 74 min dolları ötübsə, ilin əvvəlində 65 min dollar arasında dəyişib.

Dünyada olduğu kimi, Gürcüstan qızılının (işlənməmiş və ya yarı emal olunmuş, yaxud toz şəklində) ixrac qiyməti də artır.

O cümlədən, Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında Gürcüstandan 14,021 milyon dollar dəyərində 0,44 ton qızıl ixrac edilib, bir kiloqramın qiyməti orta hesabla 31,866 dollar təşkil edib. Əvvəlki ilin eyni dövründə xaricə 16,346 milyon dollar dəyərində 0,60 ton qızıl, orta hesabla kiloqramı 27,244 dollara satılıb. Nəticədə məlum olur ki, Gürcüstanın qızıl ixracı bu il təxminən 17% bahalaşıb.

İxrac ölkələrinə gəlincə, Gürcüstan qızılı bu il, eləcə də 2023-cü ildə üç ölkədə - İsveçrə, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində satılıb. Xüsusilə:
  • İsveçrə - 13,154 milyon dollar
  • Türkiyə - 728,49 min dollar
  • Birləşmiş Ərəb Əmirlikləri - 138,82 min dollar
Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google