Gürcüstanda ən çox kənd təsərrüfatı sahələri Samtsxe-Cavaxeti
bölgəsində dövlətə məxsusdur.
Bu barədə Milli Dövlət Əmlak Agentliyinin deputat Aleksandr
Rakviaşvilinin deputat sualına cavab olaraq göndərdiyi məlumatda
deyilir.
Agentliyin məlumatına görə, Gürcüstanın dövlətə məxsus kənd
təsərrüfatı sahələrinin rayonlar üzrə ümumi sahələri belədir:
- Kaxeti - 266 706 hektar;
- Kvemo Kartli - 130 189 hektar;
- Şida Kartli - 62 064 hektar;
- Samtsxe-Cavaxeti - 272 945 hektar;
- Mtsxeta-Mtianeti - 126 402 hektar;
- İmereti - 74558 hektar;
- Raça-Leçxum-Kvemo Svaneti - 108,579
hektar;
- Sameqrelo-Zemo Svaneti - 103 645 hektar;
- Quriya - 17 415 hektar;
- Acarıstan - 20528 hektar.
“Burada nəzərinizə çatdırmaq istərdim ki, təqdim olunan
məlumatlara onların arasında “Dövlət əmlakı haqqında” Gürcüstan
Qanununa uyğun olaraq özəlləşdirməyə cəlb edilməyən otlaq
kateqoriyasına aid torpaq sahələri, habelə dövlət mülkiyyətində
olan, icarəyə verilmiş torpaq sahələri daxildir.
Əlavə olaraq nəzərinizə çatdırmaq istərdim ki, Gürcüstanın “Torpaq
sahələrinə hüquqların sistematik və sporadik qeydiyyatı və kadastr
məlumatlarının təkmilləşdirilməsi haqqında” Qanununa uyğun olaraq
sistemli qeydiyyat layihəsi həyata keçirildiyi üçün mövcud
məlumatlar dəyişdirilə bilər. Dövlət Reyestri Milli Agentliyində
torpaq sahələrinin ayrılması işləri aparılır”, - deyə
Əmlak Agentliyindən millət vəkilinə göndərilən məlumatda
bildirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.