2024-cü ildə Tbilisidə nəzarətçilərin maaşına 4,5 milyon lari xərclənib - aylıq maaş nə qədərdir?
2024-cü ildə Tbilisidə 156 nəzarətçi işə götürülüb ki, bu da əvvəlki illə müqayisədə artım deməkdir. Konkret olaraq, 2023-cü ildə paytaxtda nəzarətçi vəzifəsində 119 nəfər çalışıb.

Bu barədə Tbilisi Nəqliyyat və Şəhərsalma Agentliyinin BusinessPressNews-un sualına cavab olaraq göndərdiyi məlumatda deyilir.

Onu da qeyd edək ki, 2024-cü ildə nəzarətçilərin əməkhaqqı üçün ümumilikdə 4 545 215 lari ayrılıb. Qurumdan
verilən məlumata görə, nəzarətçilərin əməkhaqqı kateqoriyadan asılı olaraq müxtəlif olub. O cümlədən, hesabat dövründə nəzarətçilərin aylıq əmək haqqı 1862 laridən başlayaraq maksimum 4389 lariyə çatıb.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google