Yanvarın 25-də Marneuli və Qızılhacılıda yeni su təchizatı şəbəkəsi
sınaqdan keçirilib.
Marneulinin bir neçə küçəsində nöqsanlar aşkarlanıb, buna görə bu
gündən bəzi ərazilərə su verilmir.
“Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin” Kvemo Kartli Xidmət
Mərkəzinin rəhbəri Kaxa Çoqoladzenin bizimlə söhbəti zamanı qeyd
etdiyinə görə, içməli suyun sınaqdan keçirildiyi gün çatışmazlıqlar
aşkar edilsə də, bütün ərazilərə normal təzyiqlə
su uğurla
çatdırılıb. Ancaq növbəti gün nöqsanlar aşkarlanıb. Əsasən köhnə
sistemin mövcud olduğu və ya yeni, köhnə şəbəkə arasında əlaqə
nöqtəsinin olduğu ərazilərdə problem olub. Çoqoladze deyir ki,
hazırkı vəziyyət onlar üçün gözlənilməz olmayıb və yəqin ki,
həftənin sonuna kimi sökmək işlərini başa çatdıracaqlar.
“Köhnə şəbəkənin bəzi hissələri qaldığından,
tamamlanması lazım olan bəzi şeylər var. Hazırda bu çatışmazlıqlar
aradan qaldırılır. Əhali suyu yeni sistemlə alır, sadəcə olaraq
bəzi yerləri bağlamalıyıq. Hazırda ən çox zərər çəkən Rustavelidir.
Çolokaşvili küçəsində nöqsanlar var, binada yaşayış şəbəkəsi
zədələnib və bütün küçə bağlanıb. Sulxan-Saba, 26 May küçəsində,
bildiyimə görə, Kobuleti küçəsində də çatışmazlıq var. Ümumilikdə,
Marneulidə görülən işlər bizə Marneulini 24 saatlıq su təchizatı
sisteminə keçirməyə imkan verir. Təbii ki, bəzi çatışmazlıqlar
olacaq, amma biz bunun üzərində işləyirik və onları aradan
qaldırmaq üçün bu həftəlik vaxt lazım
olacaq”.
Kaxa Çoqoladze qeyd edib ki, onların içməli suyun keyfiyyəti ilə
bağlı heç bir problemi yoxdur. Marneuli suyunun laborator müayinəsi
müsbət nəticə verib.
Qeyd edək ki, Marneulidə su təchizatı sisteminin dəyişdirilməsi ilə
bağlı müzakirələr hələ 2018-ci ildə başlayıb. Dörd il əvvəl
Marneuli Bələdiyyəsinin 35 200-ə yaxın sakininə 24 saat içməli su
veriləcəyi vəd edilib. Layihənin Marneuli şəhəri və kəndlərində
icrasına 2019-cu ildə başlanılıb. Yollar qazılıb, borular qırılıb,
infrastruktura ziyan dəyib, yollar bərbad vəziyyətdə olduğundan
ictimai nəqliyyata və yerli avtomobillərə ziyan dəyib.
Layihənin “Akelik Group” şirkəti tərəfindən 2021-ci ilin mart ayına
qədər tamamlanmalı idi, lakin şirkət öz öhdəliyini yerinə yetirə
bilmədi. Bu səbəbdən 55 940 022 dollarlıq layihə dayandırılıb.
“Akelik Group” işçilərinin maaşını ödəyə bilmədiyi üçün şirkətə
qarşı məhkəmə prosesi başlayıb və nəticədə şirkət 9 işçinin maaşını
ödəməyə məcbur olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415