"MagtiCom" texniki nasazlıqla bağlı açıqlama yayıb: Acarıstan ərazisində şübhəli zədələnmə qeydə alınıb
"MagtiCom" 27 yanvarda baş vermiş nasazlıqla bağlı bəyanat yayıb və istifadəçilərin mobil və sabit internet xidmətlərinə çıxışının məhdudlaşdırılmasının səbəbini izah edir. Şirkətin məlumatına görə, nasazlıq həm Türkiyədə, həm də Acarıstanda qeydə alınıb.

"27 yanvarda MagtiCom-un mobil və sabit internet xidmətlərində gecikmələr baş verdi. Bildiririk ki, MagtiCom-un internet bağlantısı Avropadan Gürcüstana ehtiyat kanallar vasitəsilə gəlir. 27 yanvarda Türkiyə
ərazisində zədələnmə qeydə alınıb. Güclü qar və uçqun təhlükəsinə görə tərəfdaş şirkətin texniki qruplarının zədələnmə nöqtəsinə çatması mümkün olmayıb.

Ehtiyat magistral kanalın zədələnməsinə gəlincə, 27 yanvar saat 21:21-də Gürcüstan tərəfinin, yəni Acarıstan ərazisində üç nöqtədə şübhəli zədələnmə qeydə alınıb (bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib). MagtiCom-un texniki qrupu problemləri aradan qaldırmaq üçün fövqəladə rejimdə çalışıb və 28 yanvar saat 01:54-də hər üç zədələnmə tam aradan qaldırılıb. Yaranmış narahatlığa görə üzr istəyirik," – deyə "MagtiCom" bəyanatında bildirir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google