Batumi hava limanında uçuşlar bərpa edilib - TAV Georgia
Batumi Beynəlxalq Hava Limanında uçuşlar bərpa edilib. TAV Georgia-nın məlumatına görə, Tel-Əvivə ilk reys artıq Aleksandre Kartveli hava limanından uçub və bu gün fevralın 26-na daha 12 beynəlxalq reys planlaşdırılır.

"Meteoroloji şəraitlə əlaqədar aviaşirkətlər Batumi hava limanına uçuşları 2 gün müddətinə dayandırmalı olublar. Lakin buna baxmayaraq, TAV Georgia şirkəti daima aerodromun süni səthini qardan təmizləyir və xüsusi
vasitələrlə emal edirdi ki, hava limanı istənilən vaxt təyyarələri qəbul etməyə hazır olsun.

Aviaşirkətlər meteoroloji şəraiti nəzərə alaraq uçuşların bərpası barədə dünən gecə qərar qəbul ediblər”,
- deyə məlumatda bildirilir.

Fevralın 24-də yağan güclü qar zamanı Batumi Beynəlxalq Hava Limanının mərkəzi girişinin örtüyü zədələnib.

Bir neçə gündür ki, Batumi hava limanı güclü qar səbəbindən məhdudiyyətlərlə fəaliyyət göstərib. Batumi reyslərini Kutaisi Beynəlxalq Hava Limanı qəbul edirdi.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google