"Gürcüstan Dəmir Yolu" 26-28 fevral tarixlərində Tbilisidən, Batumidən və Kutaisidən planlaşdırılan reysləri ləğv edir
“Gürcüstan Dəmir Yolu” əlverişsiz hava şəraiti səbəbindən 15 reysi ləğv edir. Ləğv edilən reyslər 26, 27 və 28 fevral tarixlərində Tbilisidən, Batumidən və Kutaisidən həyata keçirilməli idi.

26 fevral tarixində ləğv olunan reyslər:
  • №804, Tbilisi-Batumi;
  • №801, Batumi-Tbilisi;
  • №869, Zuqdidi-Tbilisi;
  • №874, Tbilisi-Poti;
  • №617, Borjomi-Tbilisi;
  • №686, Tbilisi-Borjomi.
27-28 fevral tarixində ləğv olunan reyslər:
  • № 854, Tbilisi-Ozurqeti;
  • № 853, Ozurqeti-Tbilisi;
  • № 6355/6356, Kutaisi-Rioni;
  • № 6353/6354, Kutaisi-Rioni;
  • № 682/681, Kutaisi-Batumi;
  • № 684/683, Kutaisi-Batumi;
  • № 613/614, Batumi-Ozurqeti;
  • № 618/617, Tbilisi-Borjomi;
  • № 685, Borjomi-Tbilisi.
“Gürcüstan Dəmir Yolu” ləğv olunan reyslərin biletlərinin dəyərinin tam şəkildə geri qaytarılacağını bildirir.

Əlverişsiz hava şəraitinə görə dəmir yolu 25 fevral tarixində də reysləri ləğv etmişdi.

Son bir həftə ərzində Gürcüstanın qərb hissəsində güclü qar yağışı səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Xüsusilə Acarıstan, Quriya, Raça, İmereti və Sameqrelo bölgələrində intensiv qar yağışı müşahidə olunur. Rikoti aşırımında ötən gecə qar uçqunu baş verib. Səhər saatlarında hərəkət bərpa edilib, lakin bəzi məhdudiyyətlər qalmaqdadır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google