Tbilisi meriyası Vake parkının bərpasına 47 milyon lari xərcləməyi planlaşdırır - tender artıq elan olunub
Tbilisi meriyası Vake parkının bərpası üçün 47 milyon lari dəyərində tender elan edib. Layihəyə parkdakı fəvvarələrin və şəlalələrin bərpası işlərinin layihələndirilməsi və tikintisi daxildir.

Satınalmalar üzrə Dövlət Agentliyinin saytında dərc olunan məlumata görə, tender 25 fevral 2025-ci il tarixində elan edilib. Təkliflərin qəbulu martın 23-də başlayacaq və martın 28-də başa çatacaq.

Sənədlərə əsasən, Tbilisi büdcəsindən maliyyələşmə
növbəti üç il ərzində mərhələli şəkildə həyata keçiriləcək:
  • 2025-ci il - 10 milyon lari
  • 2026-cı il - 18 milyon lari
  • 2027-ci il - 19 milyon lari
Qalib şirkət tikinti işlərini müqavilənin qüvvəyə mindiyi tarixdən 760 təqvim günü ərzində, layihələndirmə və ekspertizanı isə 270 təqvim günü ərzində başa çatdırmalıdır.

Sənədlərə əsasən layihənin əsas tələbləri bunlardır:

Mövcud şəlalə və fəvvarələr əvvəlki görkəminə qaytarılmalıdır. Bundan əlavə, su hidroizolyasiya gücləndirilməlidir; Enerjiyə qənaət edən işıqlandırma sisteminin quraşdırılması; Su təchizatı və kanalizasiya sistemlərinin tam yenilənmlidir. Layihə sənədlərinə həm xarici, həm də daxili mühəndislik kommunikasiyalarının təşkili layihələri daxil edilməlidir: layihəyə həmçinin videomüşahidə, enerji təchizatı, kanalizasiya sistemləri və seysmik davamlı konstruksiyalar daxil edilməlidir.

Bundan əlavə, sənədlərə əsasən, ərizəçinin 1 yanvar 2020-ci il tarixinə ən azı 26 000 000 lari dəyərində rekreasiya zonalarının təşkili və/və ya yenidən qurulması və/və ya reabilitasiyası sahəsində təcrübəyə malik olması, o cümlədən ən azı 1 000 000 lari dəyərində fəvvarə(lər)in təşkili və/və ya yenidən qurulması və/və ya bərpası üzrə təcrübəsi olmalıdır.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google