Gürcüstana təhsil almaq üçün hansı ölkələrdən gəlirlər - Hindistan liderdir
Gürcüstanın ali təhsil müəssisələrində əcnəbi tələbələrin sayı 20,9% artıb. Milli Statistika İdarəsinin məlumatına görə, 2024-2025-ci tədris ilində ölkədə 37 125 xarici tələbə təhsil alır, halbuki 2023-2024-cü tədris ilində bu göstərici 30 701 idi.

Bundan başqa, ötən tədris ilində Gürcüstanın dövlət ali təhsil müəssisələrində 29 857, özəl ali təhsil müəssisələrində isə 7 268 əcnəbi təhsil alıb.

Məlumatlara
görə, digər ölkələrin vətəndaşları arasında ən çox tələbə Hindistandandır. Xüsusilə, Hindistan vətəndaşları əcnəbi tələbələrin 55%-ni təşkil edir.

Daha dəqiq desək, “BusinessPressNews”un statistikasına əsaslanaraq, Gürcüstanın ali təhsil müəssisələrinin ən çox tələbə qəbul etdiyi ilk on ölkəni sizə təqdim edirik:
  • Hindistan - 20 319
  • İordaniya - 2487
  • İsrail - 2210
  • Pakistan - 1186
  • Sudan - 1774
  • Böyük Britaniya - 1179
  • Misir - 1050
  • Livan - 980
  • Azərbaycan - 860
  • Nigeriya - 618
Xatırlatmaq istərdik ki, statistik məlumatlara əsasən, 2024/2025-ci tədris ilinin əvvəlinə Gürcüstanda 19-u dövlət, 44-ü isə özəl olmaqla ümumilikdə 63 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Ali təhsil müəssisələrinin 64%-i Tbilisidə yerləşir.

Gürcüstan son illərdə xarici tələbələr üçün cəlbedici təhsil mərkəzinə çevrilib.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google