2024-cü ildə peşə təhsil müəssisələrinə tələbə qəbulu 2023-cü illə
müqayisədə 10.3% artıb.
Bu barədə məlumatı Milli Statistika İdarəsi yayıb.
Statistikaya görə, Gürcüstanda 75 dövlət, 47 özəl olmaqla 122 peşə
təhsili müəssisəsi fəaliyyət göstərirdi. 2024-cü ildə peşə təhsili
müəssisələrinə 17,1 min şagird qəbul olunub ki, onların da 49,7
faizini qadınlar, 50,3 faizini isə kişilər təşkil edib.
Regionlar üzrə aşağıdakı regionlar qeydiyyatdan keçən tələbələrin
sayına görə liderdir: Tbilisi (36,4%), Acarıstan (18,6%), İmereti
(11,9%), Kvemo Kartli (10,1%), Sameqrelo-Zemo Svaneti (8,9%) və
Kaxeti (4,8%).
Agentliyin məlumatına görə, 2024-cü ildə xüsusi təhsilə ehtiyacı
olan 257 şagird peşə təhsili proqramlarına cəlb olunub ki, onların
da 31,1 faizini qadınlar, 68,9 faizini isə kişilər təşkil edib.
Bundan əlavə, 2024-cü ildə peşə məktəblərində 9,5 min məzun olub
ki, onların da 47,7 faizini qadınlar, 52,3 faizini isə kişilər
təşkil edib.
Statistikaya görə, məzunların əksəriyyəti mühəndislik, istehsalat
və tikinti (24,6%), xidmətlər (20,3%) və biznes, idarəetmə və hüquq
(13,5%) proqramları üzrədir.
Gürcüstanda peşə təhsilinə maraq artır və tələbələrin sayı
ildən-ilə yüksəlir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415