"Gürcü Arzusu"nun 84 deputatından əlavə, parlamentdə daha 655 nəfər çalışır – maaşlar və struktur açıqlanıb
Gürcüstan parlamentində hazırda 84 deputatla yanaşı, əlavə olaraq 655 nəfər də çalışır. Bu barədə məlumatı parlamentin özü yayımlayıb. Rəsmi məlumatlara görə, parlamentdə ən yüksək aylıq maaş parlament sədri üçün nəzərdə tutulub. Onun maaşı 14 min 600 laridi.

Parlament sədrinin müavini 13 min 432 lari, komitə sədrləri 12 min 552 lari, onların müavinləri 11 min 932
lari maaş alırlar. Deputatların aylıq əməkhaqqı isə 11 min 680 laridir.

Parlament aparatının rəhbərinin maaşı 10 min 220 lari, onun üç müavininin aylıq əməkhaqqı 9 min 490 laridir. Aparatda 10 departament fəaliyyət göstərir, onların rəhbərləri 8 min 760 lari, müavinləri isə 6 min 570 lari maaş alırlar.

Ən çox əməkdaş – 106 nəfər – logistika departamentində çalışır. Hüquqi departamentdə 37, insan resursları departamentində 14, informasiya texnologiyaları departamentində 21, beynəlxalq əlaqələr və protokol departamentində 19, ictimaiyyətlə əlaqələr və informasiya departamentində 38, maliyyə təminatı departamentində isə 20 nəfər fəaliyyət göstərir.

Bundan əlavə, hər bir deputatın fərdi köməkçisi ola bilər. Hazırda parlamentdə 101 deputat köməkçisi var və onların hər biri 2 min 336 lari əməkhaqqı alır.

Parlamentin 14 komitəsinin hər birinin öz aparat strukturu mövcuddur. Komitə aparatlarının rəhbərləri 5 min 140 lari maaş alır, hər komitədə isə 8-dən 16-dək əməkdaş çalışır.

Ümumilikdə, parlament aparatında 302 nəfər dövlət qulluqçusu, 180 nəfər inzibati müqavilə ilə, 169 nəfər isə əmək müqaviləsi ilə çalışır.

Parlamentin 2025-ci il üçün təsdiqlənmiş büdcəsi 87 milyon lari təşkil edir. Bunun 43.5 milyon larisi əməkhaqqı fonduna ayrılıb.

Mənbə: BM


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google