Orta və median əməkhaqqı – fərq 32%-i keçdi
2024-cü ildə Gürcüstanda muzdla çalışanların median əməkhaqqı əvvəlki illə müqayisədə 7,6% artaraq 1 332 lari təşkil edib. Median əməkhaqqı orta aylıq maaşdan 32,4% azdır – bu barədə məlumat Gürcüstan Milli Statistika Xidmətinin hesabatında qeyd olunur. 2023-cü ildə bu fərq 29,9% idi.

Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü ildə ən yüksək median əməkhaqları aşağıdakı sahələrdə qeydə
alınıb:
  • Dövlət idarəetməsi və müdafiə; məcburi sosial təminat – 2 128 lari
  • Mədənçıxarma sənayesi və karxanaların işlənməsi – 2 069 lari
  • İnformasiya və kommunikasiya – 1 983 lari
  • Tikinti – 1 943 lari
  • Maliyyə və sığorta fəaliyyəti – 1 919 lari
Milli Statistika Xidməti bildirir ki, 2024-cü ildə median əməkhaqqı bütün sektorlar üzrə orta aylıq maaşdan aşağıdır.

Qeyd edək ki, Milli Statistika Xidməti adətən əməkhaqların orta aylıq göstəricilərini dərc edirdi. Orta maaş arifmetik orta göstəricidir və bir çox hallarda bu, ölkədəki real vəziyyəti tam əks etdirmir. Bəzi işçilər orta göstəricidən xeyli çox, bəziləri isə xeyli az maaş alır.

Ekspertlərin fikrincə, “median əməkhaqqı” əhalinin real gəlir səviyyəsini daha düzgün göstərir. Median göstərici o rəqəmdir ki, maaşlar artma sırasına düzüləndə düz ortada yerləşir.

Məsələn, bir müəssisədə 5 nəfər işləyir: rəhbərin maaşı 3 000 lari, digərlərinin maaşı isə 500 lari olsa,
  • median maaş – 500 lari olacaq,
  • orta maaş isə (3 000 + 500×4) / 5 = 1 000 lari çıxacaq.
Yəni median göstərici real gəlir fərqlərini daha obyektiv əks etdirir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google