Avropa İttifaqı oktyabrın 12-dən yeni Giriş/Çıxış Sisteminin (EES)
mərhələli tətbiqinə başlayıb.
Blok illərdir bu sistem üzərində işləyir, məqsədi Aİ sərhədlərindən
giriş-çıxışların rəqəmsal qeydiyyatını aparmaqdır. Aİ üzvü olmayan
və Aİ ölkələrinə qısamüddətli səfər edən şəxslərin pasport
məlumatları, barmaq izləri, üz fotoları bu sistemdə toplanacaq.
Məqsəd bütün beynəlxalq hava limanlarında, limanlarda və Aİ ilə ona
üzv olmayan ölkələrlə quru
sərhədlərində pasportların əl ilə
möhürlənməsini aradan qaldırmaqdır.
Aİ-nin bütün ərazisindəmi tətbiq olunacaq?
Kipr və İrlandiyanı çıxmaqla, Aİ-nin 27 üzvündən 25-ində tətbiq
olunacaq. Aİ-yə üzv olmayan Avropa ölkələri – İslandiya,
Lixtenşteyn, Norveç və İsveçrə də bu sistemə daxildir. Beləliklə,
EES sistemində 29 ölkə olacaq.
Kimlərə aiddir?
EES bu 29 ölkə, üstəgəl Andorra, Monako, San-Marino və Vatikan kimi
mikro-dövlətlərin vətəndaşı olmayan səyahətçilərə aiddir.
Kimlər azaddır: Bu ölkələrdə yaşayış icazəsi və ya uzunmüddətli
vizası olan şəxslər, akkreditə olunmuş diplomatlar, qeydiyyatdan
keçmiş transmilli işçilər, tədqiqat, təhsil, təlim, könüllü
fəaliyyət kimi məqsədlərlə EES ölkələrinə səfər edən qeyri-Aİ
vətəndaşları.
Bəs niyə mərhələli şəkildə?
Bu sistem 2023 və 2024-cü illərdə istifadəyə verilməli idi. Ancaq
bəzi Aİ ölkələri bu cür irimiqyaslı İT sisteminin birdən tətbiqinə
hazır deyildilər. Axı sistem çoxsaylı məlumatları real vaxtda
göstərməlidir – məsələn, bir şəxsin ölkədə qalmaq üçün icazə
verilmiş müddətə əməl edib-etmədiyini. Sistem tam hazır deyil deyə,
mərhələli tətbiqinə başlanır, 2026-cı il aprelin 10-dək tam işlək
vəziyyətə gətiriləcək. Səyahətçilərin biometrik məlumatları – üz
şəkli və barmaq izi bütün sərhəd-keçid məntəqələrində dərhal mövcud
olmayacaq. Altı aylıq keçid dövründə pasportlara əvvəlki kimi möhür
vurulacaq.
Gələcəkdə Aİ-yə getmək üçün biometrik pasportun
olmalıdır?
Xeyr. Həm biometrik, həm də qeyri-biometrik pasportlarla EES
ölkələrinə səyahət etmək mümkündür. Ancaq biometrik pasportsuz
öz-özünə xidmət terminallarından istifadə etmək mümkün deyil. Bu
halda məlumatlar əl ilə daxil edilməlidir – sərhədçi üz şəklinizi
çəkəcək, barmaq izlərinizi alacaq və pasport məlumatlarını sistemə
daxil edəcək. Belə çıxır, biometrik səyahət sənədlərinə sahib olmaq
vaxta qənaət edə bilər.
Bəs ETIAS necə olacaq?
Əgər EES sistemi 2026-cı ilin aprelində tam istifadəyə verilərsə,
onda ETIAS – Avropaya Səyahət üzrə İcazə Sistemi də gələn ilin
sonunacan işə salına bilər. Bu, ABŞ-nin ESTA sisteminin Aİ-dəki
ekvivalentidir, Aİ-yə vizasız gələn bütün səyahətçilər üçün ciddi
dəyişikliklər deməkdir.
Bu sistemin 1.4 milyard insana, o cümlədən Britaniya, Gürcüstan,
Moldova, Ukrayna, ABŞ və Aİ-yə üzv olmayan Qərbi Balkan ölkələri
vətəndaşlarına təsir edəcəyi gözlənilir. Üç illik ETIAS icazəsi 7
avroya başa gələcək, Aİ-yə gəlməzdən öncə alınmalıdır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.