Qlobal bazarlarda qızılın qiyməti yenidən bahalaşır.
Beynəlxalq mediaya görə, qiymət artımının əsas səbəblərindən biri
ABŞ hökumətinin mümkün “shutdown”u (maliyyə fəaliyyətinin
dayandırılması) hesab olunur. Bundan əlavə, ABŞ Federal Ehtiyat
Sisteminin (FED) müstəqilliyi ilə bağlı narahatlıqlar da artır.
Əgər siyasi müdaxilə nəticəsində ABŞ-ın faiz dərəcələri
azaldılarsa, bu, inflyasiyanın yenidən yüksəlməsinə səbəb ola
bilər. Qızıl isə ənənəvi olaraq inflyasiyadan
qorunma vasitəsi
sayılır.
Qızılın bahalaşmasının digər səbəblərindən biri də qızıl birja
fondları tərəfindən artan tələbatdır.
Tbilisi vaxtı ilə saat 11:30-da bir unsiya qızılın qiyməti 4 308
dollar, gümüşün qiyməti isə 51,19 dollar təşkil edir.
Qızıl Gürcüstanda da bahalaşıb. Hazırda 999 əyarlı, yəni “saf”
qızılın 1 qramı 385 lariyə satılır (bir həftə əvvəl 377 lari idi).
750 əyarlı qızılın qiyməti 288 lari (bir həftə əvvəl 283 lari), 585
əyarlı qızıl isə 225 lariyə satılır (bir həftə əvvəl 220 lari
idi).
Gümüşə gəlincə, 800 əyarlı 1 unsiya gümüş 3,79 lari, 999 əyarlı 1
unsiya gümüş isə 4,74 lariyə satılır.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.